''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib Quyu sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul ediib
Energetika
7 Mart , 2017 15:52
''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

Bakı. 7 mart. REPORT.AZ/ SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 

Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul ediib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi