Yuxarı
    Bağlamaq

    ''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

    Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Girməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi