​"Qərbi-Abşeron” yatağında iki özül tikilir

​"Qərbi-Abşeron” yatağında iki özül tikilir Tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən aparılır
Energetika
14 İyun , 2016 16:55
​Qərbi-Abşeron” yatağında iki özül tikilir

Bakı. 14 iyun.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi-Abşeron” yatağında quraşdırılması nəzərdə tutulan 10 və 54 nömrəli stasionar dəniz özüllərinin tikintisi davam etdirilir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən aparılır.

10 nömrəli stasionar dəniz özülündə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 9 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 36 ədəd svay vurulub, 9 ədəd svay ankerlənib, 3 ədəd svay tam, 6 ədəd svay isə qismən sementlənib. Hazırda aralıq seksiyalar və blokların bərkidilməsi, meydançalara pilləkənlərin quraşdırılması, antikorroziya işləri və s. aparılır.

54 nömrəli stasionar dəniz özülündə isə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 10 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 32 ədəd svay vurulub. Hazırda bloklar və aralıq seksiyaların bərkitmə işləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi