Bakı. 3 iyun. REPORT.AZ/ “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 26 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "SOCAR-AQŞ" tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu 717-632 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.