Yuxarı
    Bağlamaq

    ''Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir

    Bu özüldən qazılacaq quyulardan ümumilikdə sutkada 1200-1500 ton neft hasil olunacaq

    Bakı. 19 aprel. REPORT.AZ/ SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağı üçün yeni 10 saylı stasionar dəniz özülünün tikintisi davam etdirilir.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.

    Qeyd edilir ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 9 dayaq bloku üzərində yığılacaq və dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3 480 kv. metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 4 minik meydançası, 7 yanalma meydançası, 9 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 2 113 ton metal sərfi nəzərdə tutulub. Artıq dayaq blokları, aralıq seksiyaları, piyada körpüləri, minik və yanalma meydançaları, çirkab suları üçün çənlər, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb, 54 svayın və quyu istiqamətləndiricilərinin hamısı vurulub. Avadanlıqaltı şit və artezian nasoslarına xidmət meydançası tikilmiş, qaynaq və bərkitmə işləri tamamlanıb. Yanğınsöndürmə, yanacaq və içməli su xətlərinin çəkilişi yekunlaşmaq üzrədir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir. 

    Qeyd edək ki, 10 saylı özüldən qazılacaq quyulardan ümumilikdə sutkada 1 200-1 500 ton neft hasil olunacağı gözlənilir.                              

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi