"Qazprom" yanvar-noyabrda Türkiyəyə qaz ixracını 20,4 faiz artırıb

"Qazprom" yanvar-noyabrda Türkiyəyə qaz ixracını 20,4 faiz artırıb Artım 4,48 milyard kubmetr qaz təşkil edir
Energetika
3 Dekabr , 2017 03:33
Qazprom yanvar-noyabrda Türkiyəyə qaz ixracını 20,4 faiz artırıb

Bakı. 3 dekabr. REPORT.AZ/ "Qazprom" 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə qaz ixracını ötən ilin analoji dövrü ilə müqayisədə 20,4% artırıb.

“Report” xəbər verir ki, bu barədə "Qazprom"un məlumatında deyilir.

"2017-ci ilin yanvar-noyabrında "Qazprom" "Türk axını" layihəsinin nəzərdə tutulduğu region ölkələrinə qaz tədarükünü artırıb. Xüsusilə, Türkiyəyə 2016-cı ilin 11 ayı ilə müqayisədə 20,4% (4,48 milyard kubmetr), Yunanıstana 11,6%, Bolqarıstana 6,8%, Macarıstana 22,3%, Serbiyaya 26,1%", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi