"Qazprom"u məhkəməyə verən İtaliya şirkəti 759 milyon avro təzminat tələb edir

"Qazprom"u məhkəməyə verən İtaliya şirkəti 759 milyon avro təzminat tələb edir Rusiya tərəfinin bir tərəfli qaydada razılaşmanı ləğv etdiyini əsas gətirən "Saipem" şirkəti Beynəlxalq məhkəməyə müraciət edib
Energetika
1 Fevral , 2016 03:35
Qazpromu məhkəməyə verən İtaliya şirkəti 759 milyon avro təzminat tələb edir

Bakı. 1 fevral. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) zəmanət verməməsi səbəbindən 2014-cü ilin dekabrında dayandırılan "Cənub Axını" layihəsi çərçivəsində "Qazprom" ilə İtaliyanın "Saipem" şirkəti arasında əldə olunan razılaşma Moskva üçün ciddi problemə çevirilib.

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, boru kəmərinin su altındakı hissəsini inşa etməyə hazırlaşan "Saipem" şirkəti, Rusiya tərəfinin bir tərəfli qaydada razılaşmanı ləğv etdiyini əsas gətirərək, Beynəlxalq məhkəməyə müraciət edib.

Dəyən zərərin qarşılanmasını tələb edən İtaliya şirkəti, "Qazprom"dan 759 milyon avro təzminat tələb edir.

Son xəbərlər

Orphus sistemi