"Qazprom" "Türk axını"nın həyata keçirilməsi üçün Türkiyə hökumətindən ilk icazəni alıb

"Qazprom" "Türk axını"nın həyata keçirilməsi üçün Türkiyə hökumətindən ilk icazəni alıb Qaz kəməri layihəsi praktiki cəhətdən reallaşdırılmağa başlayır
Energetika
7 Sentyabr , 2016 17:46
Qazprom Türk axınının həyata keçirilməsi üçün Türkiyə hökumətindən ilk icazəni alıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsinin həyata keçirilməsi üçün Türkiyə hökumət orqanlarından diplomatik kanallarla ilk icazəni alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qaz kəməri layihəsi praktiki cəhətdən reallaşdırılmağa başlayır.

"İcazələrin verilməsi "Qazprom" üçün müsbət xəbərdir. Türkiyə tərəfinin bu addımı hökumətin "Türk axını" layihəsində maraqlı olduğunu göstərir", - "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib. 

Xatırladaq ki, ötən həftə Aleksey Miller və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak arasında keçirilən danışıqların yekunlarına görə, layihənin reallaşmasına başlamaq üçün bütün zəruri hazırlıq prosedurlarının tezliklə başa çatdırılması haqqında razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi