Yuxarı

"Qazprom" şirkəti "Türk axını" ilə bağlı saziş imzalayıb

Saziş Niderland şirkəti ilə imzalanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Niderlandın "South Stream Transport B.V." şirkəti ilə Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə qaz nəqlini nəzərdə tutan boru kəməri layihəsinin tikintisi ilə bağlı gizlilik müqaviləsi imzalayıb. "Report" xəbər verir ki, bu barədə "Qazprom" şirkəti məlumat yayıb.

Müqavilə 2021-ci ilədək qüvvədədir.

"Qazprom" şirkətinin Direktorlar Şurası Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz nəql edəcək boru kəmərinin reallaşdırılması məqsədilə kommersiya sirri hesab olunan əldə olunmuş informasiyanın qorunması barədə qərar qəbul edib", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, "Türk axını" layihəsi Rusiya qazının Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur.

Ötən ilin sonunda Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşdikdən sonra "Türk axını" təbii qaz kəmərinin tikinti layihəsi dayandırılıb. Keçən həftə isə Rusiyanın energetika naziri Aleksandr Novak ölkəsinin Türkiyə və Avropa İttifaqı maraq göstərdiyi təqdirdə "Türk axını" layihəsinin reallaşdırılmasına hazır olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi