“Qazprom” şirkəti “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib

“Qazprom” şirkəti “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib Milner: "“Şimal axını-2” tikintisinin aktuallığı bir daha öz təsdiqini tapır"
Energetika
2 Yanvar , 2017 19:55
“Qazprom” şirkəti “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-də “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, sutka ərzində 160,75 mln kub metr qaz nəql olunub ki, bu da illik hesablamada rekord göstəricidi.

“Şimal axını”nın hazırki nəqletmə səviyyəsi Avropa bazarının maraqlı olduğunu göstərir. Bu səbəbdən də “Şimal axını-2” tikintisinin aktuallığı bir daha öz təsdiqini tapır”, - “Qazprom” idarə heyətinin rəhbəri Aleksey Milner vurğulayıb.

Son xəbərlər

Orphus sistemi