Yuxarı
    Bağlamaq

    "Qazprom"la SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib

    Sankt-Peterburqda Qazprom ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib

    Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. 

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə tərəflər təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini müzakirə edib, xüsusilə Rusiya təbii qazının Azərbaycana idxalı məsələsinə diqqət yetiriblər. 

    "Azərbaycanda təbii qazın istehlakının artması perspektivləri nəzərə alınaraq, Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib", - deyə məlumatda qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi