​"Qazprom" Gürcüstana qaz nəqli ilə bağlı saziş imzalayıb

​"Qazprom" Gürcüstana qaz nəqli ilə bağlı saziş imzalayıb "Qazprom" bu il Gürcüstana 100 mln. kubmetr qaz nəql edəcək
Energetika
17 İyun , 2016 11:47
​Qazprom Gürcüstana qaz nəqli ilə bağlı saziş imzalayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti ilə Gürcüstanın "Qazko+" şirkəti arasında ilin ikinci yarısında Gürcüstana 100 mln. kubmetrə qədər qazın nəqlinə dair saziş imzalanıb.

"Report"un "RİA-Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, sazişi "Qazprom" şirkəti İdarə Heyətinin sədri Aleksey Miller və "Qazko+" şirkətinin kommersiya direktoru Georgi Mamaladze Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalayıblar.

Sənədə əsasən, "Qazprom" 2016-cı ildə "Qazko+" şirkəti vasitəsilə Gürcüstana 100 mln. kubmetr qaz nəql edəcək. Müqavilə iyulun 1-dən dekabrın 31-dək müddəti əhatə edir və sonradan uzadılması da mümkündür.

"Qazprom"un məlumatına görə, "Geotransgas" şirkəti vasitəsilə Gürcüstana 2015-ci ildə 0,3 mlrd. kubmetr qaz nəql edilib.

Son xəbərlər

Orphus sistemi