"Qazprom" gəlirinin 10%-dən çox azalacağını proqnozlaşdırır

"Qazprom" gəlirinin 10%-dən çox azalacağını proqnozlaşdırır 2015-ci illə müqayisədə EBITDA dollar ifadəsində 30%-dən çox azala bilər
Energetika
19 Dekabr , 2016 15:47
Qazprom gəlirinin 10%-dən çox azalacağını proqnozlaşdırır

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" korporasiyası ötən illə müqayisədə 2016-cı ildə dollar ifadəsində gəlirinin 10%, EBITDA göstəricisinin isə 30% azalacağını proqnozlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə holdinqin idarə heyətinin sədr müavini Andrey Kruqlov "Qazprom" jurnalına müsahibəsində bildirib.

"İlkin hesablamalara görə, 2016-cı ilin yekununda holdinqin dollar ifadəsində gəliri 10%-dən çox azala bilər. EBITDA göstəricisi isə 2015-ci illə müqayisədə dollar ifadəsində 30%-dən, rubl ifadəsində 25%-dən çox azala bilər. Holdinqin 2016-cı il üzrə xalis gəliri isə kredit portfelimizdə valyuta borclarının olması səbəbindən əsasən məzənnə dəyişikliklərinin dinamikasından asılı olacaq. Bu mənada rublun ilin son iş gününə olan rəsmi məzənnəsi əsas götürüləcək", - A.Kruqlov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi