Yuxarı
    Bağlamaq

    Qazaxıstanın energetika nazirinin müavini Azərbaycanın energetika naziri ilə görüşüb

    Maqzum Mirzaqaliyev “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdədir

    Bakı. 19 oktyabr. REPORT.AZ/ “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb. Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.

    Məlumata görə, görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin Azərbaycanın əsas prioritetlərindən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması” üzrə dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib.

    N.Əliyev deyib ki, görülən işlərə rəğmən ölkənin energetika balansında alternativ və bərpa olunan enerjinin payı o qədər də yüksək deyil və bu istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini, lazımi şəraitin yaradılmasını, stimullaşdırıcı tədbirlərin görülməsini və qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir. Bununla yanaşı, nazir bildirib ki, alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək.

    M.Mirzaqaliyev isə gələcəyin enerjisinin müəyyən edilməsi baxımından gələn il keçiriləcək "Expo-2017"/"Gələcəyin enerjisi" beynəlxalq sərgisinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, sərgiyə hazırlığın gedişi barədə məlumat verib və N.Əliyevin bu sərgi çərçivəsində iyunun 11-14-də Astanada keçirilməsi nəzərdə tutulan “Dayanıqlı inkişaf üçün enerji” VIII Beynəlxalq Forumu və Nazirlərin Konfransına dəvət edildiyini diqqətə çatdırıb.

    Bundan başqa, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, “Kaşağan” yatağından hasil edilən neftin ixracı, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasının vacibliyi və bu məqsədlə Çin istiqamətində planlaşdırılan layihələr, eləcə də Orta Asiyanın enerji mərkəzi kimi mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi