Qazaxıstanda yanacağın qiymətinin müvəqqəti tənzimlənməsinə başlanılıb

Energetika
  • 06 yanvar, 2022
  • 11:30
Qazaxıstanda yanacağın qiymətinin müvəqqəti tənzimlənməsinə başlanılıb

Qazaxıstan hökuməti ölkədə benzinin və dizel yanacağının qiymətlərini 180 gün müddətində tənzimləməyə qərar verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə tapşırıq verib.