Qazaxıstanda enerji sisteminin fəaliyyəti bərpa olunub

Qazaxıstanda enerji sisteminin fəaliyyəti bərpa olunub Qazaxıstan enerji sisteminin yanvarın 25-də baş verən qəzadan sonra görülən tədbirlər nəticəsində fəaliyyəti bərpa olunub.
Energetika
25 Yanvar , 2022 23:50
Qazaxıstanda enerji sisteminin fəaliyyəti bərpa olunub

Qazaxıstan enerji sisteminin fəaliyyəti yanvarın 25-də baş verən qəzadan sonra yenidən bərpa olunub.

“Report” xəbər verir ki, bunu hökumətin mətbuat xidməti bildirib.

Eyni zamanda, qonşu Özbəkistanda da fəsadların aradan qaldırılmasına kömək göstərildiyi qeyd olunur.

Xatırladaq ki, bu gün səhər saatlarında Qazaxıstanın şimal-şərqini cənub bölgəsinə bağlayan yüksək gərginlik xəttində ifrat yükləmə nəticəsində ölkənin cənubunda, habelə Özbəkistanın şərq regionunda və Qırğız Respublikasının bir çox bölgələrində elektrik təchizatı kəsilib.

Son xəbərlər

Orphus sistemi