Qazaxıstan və Macarıstan neftin sınaq nəqlinə dair razılığa gəlib

Qazaxıstan və Macarıstan neftin sınaq nəqlinə dair razılığa gəlib Qazaxıstanla Macarıstan 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə edib.
Energetika
17 fevral 2025 15:00
Qazaxıstan və Macarıstan neftin sınaq nəqlinə dair razılığa gəlib

Qazaxıstanla Macarıstan 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə edib.

Bu barədə "Report" Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Razılıq Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə əldə olunub.

Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.

Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.

Qazaxıstan tərəfi AES üçün quru soyutma qüllələrinin istehsalı üzrə macar həmkarlarının, xüsusən “MVM Group” şirkətinin təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi