Qazaxıstan OPEC-in neft hasilatının azaldılması anlaşmasına yeni şərtlərlə qatılmaq istəyir

Qazaxıstan OPEC-in neft hasilatının azaldılması anlaşmasına yeni şərtlərlə qatılmaq istəyir Nazir: "Biz bu məsələni sammitdə müzakirə edəcəyik"
Energetika
15 May , 2017 12:14
Qazaxıstan OPEC-in neft hasilatının azaldılması anlaşmasına yeni şərtlərlə qatılmaq istəyir

Bakı. 15 may. REPORT.AZ/ Qazaxıstan OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltmaq barədə anlaşmasının müddətini uzatmaq qərarını dəstəkləyəcək. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Kanat Bozumbayev parlamentdə çıxışı zamanı bildirib.

"Hesab edirik ki, Qazaxıstan trendə uyğun hərəkət etməlidir. Neft bazarında balans hələ əldə olunmadığından, neft hasilatının azaldılması təşəbbüsünü dəstəkləməliyik. Əgər keçən il bizim üçün ixrac neftimizin qiyməti 30 dollar/barel idisə, indi 52 dollar/bareldir. Anlaşmanın əldə olunması Qazaxıstana əlavə 22 dollar qazandırıb", - deyə nazir qeyd edib. 

K.Bozumbayev, həmçinin bildirib ki, 2016-cı ildə Qazaxıstanda "Kaşaqan" yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: "Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik".

Son xəbərlər

Orphus sistemi