Qazaxıstan OPEC+ anlaşmasının icrasının çətin olduğunu bildirib

Qazaxıstan OPEC+ anlaşmasının icrasının çətin olduğunu bildirib Neftin qiyməti 60 dollar/barelə kimi geriləyə bilər
Energetika
5 Dekabr , 2017 15:32
Qazaxıstan OPEC+ anlaşmasının icrasının çətin olduğunu bildirib

Bakı. 5 dekabr. REPORT.AZ/ Qazaxıstan üçün OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmadakı öhdəliyin yerinə yetirilməsi çətin olacaq.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev çıxış edib.

"OPEC+ anlaşması əvvəl razılaşdırıldığı səviyyədə davam etdiriləcək. Bizim üçün bunu etmək çox çətin olacaq. Anlaşmanı uzatmağa razı olmağımız tərəfimizdən neft qiymətlərini sabit saxlamaq üçün atılmış ən böyük kompromis addımdır", - deyə nazir əlavə edib.

"Təbii ki, anlaşmanı uzatmağa razılaşmışıq. Lakin əgər bizim öhdəliyi yerinə yetirməklə bağlı çətinliyimiz olarsa, anlaşma iştirakçıları ilə görüşüb vəziyyətimizi müzakirə edəcəyik", - K.Bozumbayev bildirib.

"Report" xəbər verir ki, Qazaxıstan rəsmisinin açıqlamasından sonra neft qiymətləri azalmağa başlayıb. "Brent" markalı neft 0,4% ucuzlaşaraq 62 dollar/barel səviyyəsinə yaxınlaşıb. 

Qeyd edək ki, sabah ABŞ-da neft ehtiyatlarının həcmi və hasilat göstəricisi açıqlanacaq. Ehtiyatlar və hasilatda artım müşahidə olunarsa, neft qiymətlərində 60 dollar/barelə doğru hərəkət mümkündür.

Son xəbərlər

Orphus sistemi