Qazaxıstan növbəti dəfə neft hasilatı ilə bağlı proqnozunu yüksəldib

Qazaxıstan növbəti dəfə neft hasilatı ilə bağlı proqnozunu yüksəldib Bakı. 29 noyabr. REPORT.AZ/ Qazaxıstan 2017-ci ildə neft hasilatı ilə proqnozunu 1 mln. ton (7.3 mln. barel) və ya 1,18% artıraraq 85,5 mln. tona (624 mln. barel) yüksəldib.
Energetika
29 Noyabr , 2017 20:31
Qazaxıstan növbəti dəfə neft hasilatı ilə bağlı proqnozunu yüksəldib
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Qazaxıstan 2017-ci ildə neft hasilatı ilə proqnozunu 1 mln. ton (7.3 mln. barel) və ya 1,18% artıraraq 85,5 mln. tona (624 mln. barel) yüksəldib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin energetika naziri Kanat Bozumbayev açıqlayıb.

Qeyd edək ki, oktyabr ayında Qazaxıstanın iqtisadiyyat naziri Timur Suleymenov, 2017-ci ildə neft hasilatı proqnozunu 81 mln. tondan (591,3 mln. barel) 84,5 mln. tona (616,9 mln. barel), yəni 4,32% artırıb. Buna səbəb kimi nazir "Kaşaqan", "Tenqiz" və Karaçaqanak" yataqlarında hasilatın yüksəlməsi ilə izah edib.

Energetika Nazirliyinin məlumatına görə, Qazaxıstanda cari ilin 10 ayında neft hasilatı ötən illə müqayisədə 11,4% artaraq 71,1 mln. ton (519 mln. barel) olub.

"Report" xəbər verir ki, yeni proqnoz hasilat həcmində öz əksini taparsa, bu, Qazaxıstanın OPEC+ anlaşmasına riayət etməyəcəyi mənasına gələcək. Belə ki, yeni proqnozla Qazaxıstanın gündə 1,71 mln. barel neft hasil edəcəyi gözlənilir. Bu isə OPEC+ anlaşmasında Qazaxıstanın etdiyi 1,68 mln. barel/gün kvotasından 30 min barel/gün və ya 1,8% çoxdur.  

Son xəbərlər

Orphus sistemi