Qazaxıstan neftinin Ceyhandan Rumıniyaya nəqlinə başlanılıb

Qazaxıstan neftinin Ceyhandan Rumıniyaya nəqlinə başlanılıb “KazMunayQaz” ASC (KMG) Qazaxıstan neftinin Türkiyənin Ceyhan limanından Rumıniya istiqamətində daşınmasına başlayıb.
Energetika
22 Aprel , 2023 18:08
Qazaxıstan neftinin Ceyhandan Rumıniyaya nəqlinə başlanılıb

“KazMunayQaz” ASC (KMG) Qazaxıstan neftinin Türkiyənin Ceyhan limanından Rumıniya istiqamətində daşınmasına başlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, KMG-nin rəhbəri Maqzum Mirzəqaliyev Ceyhan limanında olub, Rumıniyada yerləşən və KMG-yə məxsus “Petomidia” neft emalı zavodu üçün Qazaxıstan neftinin daşınması prosesini izləyib.

"Azərbaycanın SOCAR şirkəti ilə müqavilələr praktiki icra müstəvisinə keçib. Bu, əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərdən xəbər verir", - o, deyib.

O, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqlin şərtləri ilə bağlı uğurlu danışıqlara görə “Tengizşevroil” rəhbərliyinə təşəkkür edib.

Ceyhan terminalından həcmi 80 min ton olan ilk neft partiyası “NMSK Kazmortransflot LLP” şirkətinə (KMG-nin törəmə müəssisəsi) məxsus “Alatau” yerli tankeri ilə nəql edilir.

Ötən ilin sonunda KMG ilə SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb. Bu ilin martında Qazaxıstan neftinin Aktau-Bakı istiqamətində daşınmasına başlanılıb. Qazaxıstan və Azərbaycan donanmaları paritet əsasında daşımalarda iştirak edir. Aprelin 20-nə olan məlumata görə, Aktau limanından 86 min ton yük daşınıb.

Son xəbərlər

Orphus sistemi