Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır

Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” 2027-ci ilə qədər “Qərbi Prorva” və “Kalamkas” qaz yataqlarını istismara vermək niyyətindədir, bu yataqlardan ildə 1,1 milyard kubmetr "mavi yanacaq" hasil ediləcək.
Energetika
5 Yanvar , 2024 15:00
Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır

Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” 2027-ci ildə “Qərbi Prorva” və “Kalamkas” qaz yataqlarını istismara vermək niyyətindədir, bu yataqlardan ildə 1,1 milyard kubmetr "mavi yanacaq" hasil ediləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, bununla bağlı beynəlxalq şirkətlərlə birlikdə ümumilikdə 12 perspektivli geoloji kəşfiyyat layihəsi hazırlanır.

Bundan əlavə, Qazaxıstan şirkəti yaxın 3-4 il ərzində “Mərkəzi Uriktau” qaz yatağını istismara verməyi planlaşdırır. Bu yataqdan isə illik hasilat təxminən 1 milyard kubmetr təşkil edəcək.

Ötən il şirkət “Aksay Cənub”, “Şərqi Uriktau” və “Rojkovskoye” yataqlarının istismarına başlayıb. Yeni strategiyaya görə, “Tengiz”, “Karaçaqanak” və “Kaşaqan” kimi iri layihələr istisna olmaqla, 2030-cu ilə qədər digər yataqlardan illik hasilatın 6,7 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi