Qazaxıstan AİB xaricinə neft məhsullarının ixracına qadağa və məhdudiyyətlər tətbiq edib

Qazaxıstan AİB xaricinə neft məhsullarının ixracına qadağa və məhdudiyyətlər tətbiq edib Qazaxıstanın energetika nazirinin əmri ilə ölkədən Avrasiya İqtisadi Birliyinin (AİB) gömrük ərazisindən kənara ixracı qadağan edilmiş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısı təsdiq edilib.
Energetika
7 Yanvar , 2020 12:45
Qazaxıstan AİB xaricinə neft məhsullarının ixracına qadağa və məhdudiyyətlər tətbiq edib

Qazaxıstanın energetika nazirinin əmri ilə ölkədən Avrasiya İqtisadi Birliyinin (AİB) gömrük ərazisindən kənara ixracı qadağan edilmiş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısı təsdiq edilib.

"Report" “zakon.kz” portalına istinadən xəbər verir ki, Qazaxıstandan AİB xaricinə ixracı qadağan edilmiş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısına yüngül distillatlar, aviasiya yanacağı və dizel yanacağı, qazoyllar, toluol, ksilollar daxildir.

Qeyd olunur ki, sənəd Qazaxıstan və Rusiya hökumətləri arasında Qazaxıstan Respublikasına neft və neft məhsulları tədarükü sahəsində ticari-iqtisadi əməkdaşlıq haqqında saziş və iki ölkənin Energetika nazirlikləri arasında Protokol çərçivəsində qəbul edilib.

Məhdudiyyətlər altı ay ərzində qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi