Qazax və Samuxda 612 fərdi evə qaz verilib

Qazax və Samuxda 612 fərdi evə qaz verilib Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.
Energetika
26 Noyabr , 2019 14:40
Qazax və Samuxda 612 fərdi evə qaz verilib

Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samux rayonun yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub.

Ümumilikdə, qazlaşdırma işləri üçün 57 071 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi