Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb

Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı
Energetika
19 Yanvar , 2022 15:47
Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb

“Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb”.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. “Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, - deyə qurumun məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi