Qaz kəmərinin genişləndirilməsi SGC Məşvərət Şurasının əsas mövzusu olacaq

Qaz kəmərinin genişləndirilməsi SGC Məşvərət Şurasının əsas mövzusu olacaq “Bakıda fevralın 3-də keçiriləcək Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurasının 9-cu iclasının mərkəzi mövzusu təbii qaz kəmərinin genişləndirilməsi olacaq”.
Energetika
1 Fevral , 2023 17:29
Qaz kəmərinin genişləndirilməsi SGC Məşvərət Şurasının əsas mövzusu olacaq

“Bakıda fevralın 3-də keçiriləcək Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurasının 9-cu iclasının mərkəzi mövzusu təbii qaz kəmərinin genişləndirilməsi olacaq”.

Bunu “Report”a müsahibəsində Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“Müzakirələrimizin əsas mövzusu SGC-nin genişləndirilməsi olacaq. Bildiyiniz kimi, bu layihə REPowerEU və Azərbaycanla Strateji Enerji Tərəfdaşlığına dair yeni Anlaşma Memorandumu çərçivəsində dəstəklənir. 2027-ci ilə qədər qaz kəmərinin ötürmə qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Bundan əlavə, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə SGC-nin genişləndirilməsinə kömək etmək üçün maliyyə dəstəyinin təmin edilməsi imkanlarını araşdırırıq”, - o vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi