Yuxarı

​Qaz anbarlarının istismarı İdarəsində mülki müdafiə məşqi keçirilib

Məşqə Fövqəladə Hallar Komissiyası, ilkin qəza-xilasetmə qüvvələri cəlb ediliblər

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan Qaz anbarlarının istismarı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda mülki müdafiə məşqi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci il üçün mülki müdafiə üzrə tədbirlər planı çərçivəsində keçirilmiş məşqə Fövqəladə Hallar Komissiyası, ilkin qəza-xilasetmə qüvvələri, eləcə də Qaradağ rayon Yanğından mühafizə hissəsinin və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb ediliblər.

Məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza-xilasetmə qüvvələrinin hadisənin qarşısının alınması üzrə tədbirlər həyata keçirməsi, eləcə də rəhbərlk tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Tədbirdə fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN Yanğından Mühafizə Hissəsinin qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilib. Tədbirin sonunda aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi