Qax rayonu bir neçə saatdır işıqsız qalıb

Qax rayonu bir neçə saatdır işıqsız qalıb Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb
Energetika
18 Fevral , 2021 01:10
Qax rayonu bir neçə saatdır işıqsız qalıb

Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Nəticədə dünən axşam saat 19:30 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Məlumata görə, buna səbəb rayona verilən elektrik xəttinin Şəki rayonu ərazisində qırılmasıdır. Qeyd edilir ki, həmin xəttdə bərpa işlərinə başlanılıb. Bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri isə hələ nəticə verməyib.

Son xəbərlər

Orphus sistemi