Yuxarı
    Bağlamaq

    Qasırğaya görə Novorossiysk limanından neft tədarükü dayandırılıb

    İqor Demin: Qrafikdən geridə 6 tanker qalıb

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Hava şəraitinin kəskin pisləşməsi səbəbindən Rusiyanın Novorossiysk limanında (Qara dəniz) neft daşınması yenidən dayandırılıb.

    “Report”un “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

    “Novorossiyskdə havanın yaxşılaşmasından sonra bazar günü yenidən qasırğa xəbərdarlığı olunub. Altı saat müddətində güclü külək səbəbindən bütün işlər dayandırılıb. Hazırda iki tanker mövqeyində bağlama aparılır. Qrafikdən geridə 6 tanker qalıb”, - şirkət rəsmisi əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi