​“Qaradağ” yatağındakı 478 saylı quyu geoloji tədbirdən sonra istismara verilib

​“Qaradağ” yatağındakı 478 saylı quyu geoloji tədbirdən sonra istismara verilib Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir
Energetika
28 Noyabr , 2014 17:47
​“Qaradağ” yatağındakı 478 saylı quyu geoloji tədbirdən sonra istismara verilib

Bakı. 28 noyabr. REPORT.AZ/ “Qaradağ” yatağındakı 478 saylı istismar-basqı quyusu geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Quyu VIIA horizontundan VII horizonta qaytarılıb və qazgötürməyə qoşulub. Quyudan sutkada orta hesabla 180000-190000 kubmetr qaz götürülür.

Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi