"Qaradağ" GES-in inşası 12-18 aya başa çatdırılacaq

"Qaradağ" GES-in inşası 12-18 aya başa çatdırılacaq Ötən gün təməli qoyulmuş "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inşasının 12-18 ay ərzində tamamlanması nəzərdə tutulur.
Energetika
277
16 Mart , 2022 11:50
Qaradağ GES-in inşası 12-18 aya başa çatdırılacaq

Ötən gün təməli qoyulmuş "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inşasının 12-18 ay ərzində tamamlanması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bildirib.

“Ümumi gücü 230 mVt/saat olacaq bu GES-də il ərzində 500 mln kVt/saat elektrik enerjisi istehsal ediləcək ki, bu da 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq. Bu stansiya həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kub metr qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Pik periodda 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq”, - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi