Qarabağda "yaşıl texnologiya"larla bağlı bəzi tədbirlər sürətləndiriləcək

Qarabağda "yaşıl texnologiya"larla bağlı bəzi tədbirlər sürətləndiriləcək İşğaldan azad edilmiş ərazilərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı bəzi tədbirlər sürətləndiriləcək.
Energetika
13 Yanvar , 2023 09:45
Qarabağda yaşıl texnologiyalarla bağlı bəzi tədbirlər sürətləndiriləcək

İşğaldan azad edilmiş ərazilərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı bəzi tədbirlər sürətləndiriləcək.

"Report"un Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun 4-cü iclasında müzakirə aparılıb.

İclası giriş sözü ilə açan alt İşçi Qrupun rəhbəri, Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın yanvarın 11-də keçirilmiş iclası barədə məlumat verib, əlaqələndirmə və monitoriq üzrə İşçi Qrupun 2-ci iclasında qəbul edilmiş qərarlar barədə danışıb.

İclas zamanı tematik tədbirlər üzrə müəyyən olunmuş məsələlərə dair cari vəziyyət barədə məruzələr dinlənilib və tapşırıqların icrası çərçivəsində həllini tapmamış məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin alt İşçi Qrupun fəaliyyətindən irəli gələn bir sıra məsələlər müzakirə edilib.

Müzakirələr nəticəsində tematik tədbirlər çərçivəsində icrası davam edən tapşırıqların həlli istiqamətində zəruri tədbirlərin sürətləndirilməsi və icrası yekunlaşdırılmış tapşırıqların İşçi Qrupun növbəti iclasında məruzə edilməsi qərara alınıb.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nəzdindəki "Azalternativenerji" MMC, Avtomobil Yolları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft Şirkəti, "Azərenerji", "Azərişıq", "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətləri, Qarabağ Dirçəliş Fondunun nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi