Qarabağda enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir

Qarabağda enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir Şuşa şəhərinə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir.
Energetika
7 Yanvar , 2021 12:49
Qarabağda enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir

Şuşa şəhərinə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir.

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

Nazir bildirib ki, bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur.

P. Şahbazov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra digər sahələrdə olduğu kimi, energetika sahəsinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirmisiniz: “Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir. Həmin vəzifələrin icrası üçün, ilk növbədə, enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır”.

Son xəbərlər

Orphus sistemi