Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 636 KVt olan Arximed qurğusu quraşdırılıb

Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 636 KVt olan Arximed qurğusu quraşdırılıb Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 636 KVt olan Arximed qurğusu quraşdırılıb.
Energetika
18 Oktyabr , 2024 10:31
Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 636 KVt olan Arximed qurğusu quraşdırılıb
Pərviz Şahbazov

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 636 KVt olan Arximed qurğusu quraşdırılıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Məlum olduğu kimi, "yaşıl enerji" zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 kVt-dan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, "ağıllı" dayanacaqlar, elektrikdoldurma məntəqələri quraşdırılıb. Bunlar davamlı proseslərdir və bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı "yaşıl enerji" zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 % azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi