Qara dənizin dibi ilə qaz kəmərinin inşasının qiymətləndirilməsi aparılacaq

Qara dənizin dibi ilə qaz kəmərinin inşasının qiymətləndirilməsi aparılacaq Bunu "Qazprom", "Edison" və DEPA şirkətləri həyata keçirəcək
Energetika
29 Fevral , 2016 15:20
Qara dənizin dibi ilə qaz kəmərinin inşasının qiymətləndirilməsi aparılacaq

Bakı. 29 fevral. REPORT.AZ/ "Qazprom" (Rusiya), "Edison" (İtaliya) və DEPA (Yunanıstan) şirkətləri 2016-cı ilin sonunadək Qara dənizin dibi ilə qaz ötürülməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını aparacaq. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Qazprom" rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

"Rusiyadan Qara dənizin dibi ilə üçüncü ölkə vasitəsilə Yunanıstan istiqamətində və daha sonra İtaliyaya gedəcək qaz kəmərinin çəkilişinin qiymətləndirilməsi üzrə Romada memorandum imzalanıb", - deyə A.Miller qeyd edib.

Onun sözlərinə görə, memorandum 2016-cı ilin sonunadək texniki-iqtisadi qiymətləndirilmənin aparılmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi