Yuxarı
    Bağlamaq

    ​"Qara Dəniz Terminalı"nın bir qrup əməkdaşı Çexiyada təlimə qatılıb

    Təlim nəzəri və təcrübi bölmələri əhatə edib

    Bakı. 30 iyul. REPORT.AZ/ "Qara Dəniz Terminalı" MMC (Kulevi, Gürcüstan) bir qrup əməkdaşını Çexiyada keçirilən "TECOMAT alətlərinin istifadəsi və quraşdırılması" ilə bağlı təlim kursuna göndərib. "Report" bu barədə MMC-yə istinadən xəbər verir.

    Qeyd olunub ki, müasir standartlara və tələblərə uyğun olaraq, iştirakçılar "PLC TC700" proqramlana bilən nəzarət cihazı sahəsində biliklərini dərinləşdirib, "FOXTROT" nəzarət alətlərinin funksiyaları və əməliyyat prinsipləri ilə tanış olub və digər biliklərə yiyələniblər.

    Təlim nəzəri və təcrübi bölmələri əhatə edib.

    Təlimin sonunda iştirakçılar imtahanı müvəffəqiyyətlə keçib və sertifikat alıblar.

    Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi