Qahirədə yeni regional energetika təşkilatı yaradılıb

Qahirədə yeni regional energetika təşkilatı yaradılıb Bakı. 15 yanvar. REPORT.AZ/ Qahirədə 7 ölkənin nümayəndələri yeni regional energetika təşkilatının - Şərqi Aralıq dənizi ölkələrinin Qaz Forumunun (DAGF) yaradıldığını elan ediblər.
Energetika
15 Yanvar , 2019 12:19
Qahirədə yeni regional energetika təşkilatı yaradılıb
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Qahirədə 7 ölkənin nümayəndələri yeni regional energetika təşkilatının - Şərqi Aralıq dənizi ölkələrinin Qaz Forumunun (DAGF) yaradıldığını elan ediblər.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Misirin Neft və Mineral Resurslar Nazirliyinin məlumatına görə, müvafiq qərar Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, FələstinMisirin energetika qurumlarının nümayəndələrinin görüşündən sonra qəbul olunub.

Təşkilatın qərargahı Qahirədə yerləşəcək.

Təşkilatın məqsədləri regionda mavi yanacağın istehsalçıları və potensial istehsalçıları arasında əməkdaşlığa töhfə vermək, beynəlxalq hüquq normalarına uyğun olaraq, tranzit layihələrin həyata keçirilməsində maneələri aradan qaldırmaqdır.

DAGF ölkələrinin energetika nazirlərinin ilk görüşü 2019-cu ilin aprel ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi