Yuxarı
    Bağlamaq

    Qafqazın ən böyük İstilik Elektrik Stansiyasının rəhbəri vəzifəsindən azad edilib

    Gülağa Bəşirov Şəki Elektrik Stansiyasına direktor təyin olunub

    Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) direktoru Gülağa Bəşirov vəzifəsindən azad edilib. 

    “Report” xəbər verir ki, bununla bağlı “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev əmr imzalayıb.

    E.Pirverdiyevin əmri ilə qurumun yeni direktoru uzun müddət burada baş mühəndis işləmiş Təhmasib Hüseynov təyin edilib.

    “Azərenerji” prezidentinin digər əmri ilə G.Bəşirov Şəki Elektrik Stansiyasına direktor təyin olunub.

    Xatırladaq ki, Cənubi Qafqazın ən böyük İES-i olan “Azərbaycan”ın gücü 2 400 MVt-dır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi