Qabonda “Shell”in işçiləri tətilə başlayıblar

Qabonda “Shell”in işçiləri tətilə başlayıblar Əməkdaşlar işdən çıxarılmaq, yaxud digər əraziyə getməklə bağlı narahatlıq keçirirlər
Energetika
12 Yanvar , 2017 19:25
Qabonda “Shell”in işçiləri tətilə başlayıblar

Bakı. 12 yanvar.REPORT.AZ/ Qabonda “Royal Dutch Shell” şirkətinin şçiləri “fasiləsiz” tətilə başlayıblar.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə işçilərin Həmkarlar İttifaqı bildirib.

Mənbənin bildirdiyinə görə, “Shell” Qabondakı aktivlərini 700 mln. dollar satmağa çalışır və əməkdaşlar işdən çıxarılmaq, yaxud digər əraziyə getməklə bağlı narahatlıq keçirirlər.

Neft işçilərinin Milli İttifaqından verilən açıqlamada vurğulanır ki, tətil “Shell”in Qabondakı bütün əməliyyatlarını əhatə edəcək. Məsələ ilə əlaqədar şirkətdən hər hansı açıqlama verilməyib və hasilatın bundan zərər görüb-görməməsi barədə məlumat yoxdur.

Ötən ilin dekabr ayında Həmkarlar İttifaqı “Shell”in Qabondakı bütün işçilərinin şirkətin aktivlərini alacaq şirkətdə işçə götürülməsi və 5 il ərzində hər hansı işdən çıxarmanın olmamasını tələb edib.

Son xəbərlər

Orphus sistemi