​Proqnoz: Neftin ucuzlaşması davam edəcək

​Proqnoz: Neftin ucuzlaşması davam edəcək Neftin qiyməti tezliklə 47 dollar/barelə qədər ucuzlaşacaq
Energetika
28 İyul , 2015 11:37
​Proqnoz: Neftin ucuzlaşması davam edəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti yüksəliş trendindən çıxıb.

"Report"un analitik qrupu qeyd edir ki, hazırda "Brent" nefti 53 dollar/barel səviyyəsindədir. Bu markadan olan neftin qiymətinin yaxın günlərdə 52,5 dollar/barel səviyyəsinə qədər geriləməsi gözlənilir. Aşağıdakı qrafikdən göründüyü kimi, həmin səviyyə bir müddət dəstəklənsə də, daha sonra isə 2015-ci ilin yanvarın 13-də satıldığı minimal qiymətə - 47,5 dollar/barelə qədər enməsi proqnozlaşdırılır.

Minimum qiymətə "Brent" markalı neftin 2015-ci ilin sonuna qədər geriləməsi ehtimal olunur. Neftin qiymət trendinin kəskin şəkildə dəyişməsi və yenidən yüksəlişə keçməsi üçün isə neft bazarında çox önəmli dəyişikliklər baş verməlidir.