Yuxarı
    Bağlamaq

    ​Proqnoz: Neftin qiyməti 2030-cu ilədək 50 dollar/bareli keçməyəcək

    Goldman Sachs yaxın 15 ildə neft qiymətlərinin 20-50 dollar aralığında dalğalanacağını proqnozlaşdırır

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Dünyanın ən iriinvestisiya banklarından olan "Goldman Sachs"neft qiymətlərinin hələ gələn onilliyin sonuna qədər aşağı səviyyədə qalacağını bəyan edib. "Report" xəbər verir ki, bu açıqlamanı "Goldman Sachs"ın xammal bazarlarının tədqiqatı şöbəsinin rəhbəri Cef Karri bildirib.

    C.Karri deyib ki, Bank ilk öncə 2020-ci ilə qədər verdiyi daha optimist proqnozları təzələyib və 2030-cu ilə qədər neftin qiymətinin 50 dollar/barel həddini keçməyəcəyini ehtimal edir: "Digər xammal növlərinin qiymət hərəkətlərinə baxaraq əminliklə deyə bilərik ki, neftin qiymətində də aşağı istiqamətdə hərəkət davam edəcək. 30 illik cari xammal tsiklində dünya şist neftinə investisiya mərhələsindən şist neftini daha aktiv və effektiv hasilat mərhələsinə qədəm qoyur. Bundan belə şist əsas hasilat mənbəyi olacaq. Əsas sual isə şist ehtiyatlarının hansı müddətə kifayət etməsi ilə bağlıdır. Tarix 10-15 illik dövrü göstərir".

    Bank rəsmisi qeyd edib ki, metal filizi, mis və poladın qiymətinin düşməsi və bir çox ölkənin milli valyutasının devalvasiyası neft hasilatının da maya dəyərini aşağı salıb.

    "Goldman Sachs" neftin qiymətinin 20 dollar/barelə düşməsi ehtimalını 50%-dən yüksək olduğunu hesab edir. O bunu anbarların tam dolmasından sonra baş verəcəyini bildirib. Bundan sonra isə neft şirkətləri öz hasilatını dayandıracaq. İlk olaraq fəaliyyətini dayandıran Şimal dənizində neft hasil edən şirkətlər olacaq. Çünki onlar ən kiçiktutumlu anbarlara malikdir.

    "Goldman Sachs" 2030-cu ilə qədər neft qiymətlərinin 20-50 dollar/barel aralığında dalğalanacağını proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi