​Proqnoz: Neftin qiyməti 141 dollara 2040-cı ildə çatacaq

​Proqnoz: Neftin qiyməti 141 dollara 2040-cı ildə çatacaq ABŞ-ın artıq 2020-ci ildə neft hasilatına görə Rusiyanı qabaqlayacağı proqnozlaşdırılır
Energetika
15 Aprel , 2015 14:30
​Proqnoz: Neftin qiyməti 141 dollara 2040-cı ildə çatacaq

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ-ın Energetika İnformasiyaları İdarəsi (Eİİ) dünya bazarında neftin qiymətinin 2040-cı ilədək 141 dollar/barel həddini keçməyəcəyini bildirir. Eİİ-nin proqnozlarına görə, ABŞ-da neft istehsalının artması səbəbi ilə neftin qiyməti 2020-ci ilə qədər isə 80 dollar/barel səviyyəsindən aşağı olacaq. 2020-ci ildən sonra ABŞ-da neft istehsalının səngiyəcəyi gözlənilir. Lakin OPEC üzvü olan ölkələr və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olmayan dövlətlərin hasilatı artırması səbəbindən neftin qiymətinin 2028-ci ilə qədər 100 dollar/barel həddini keçməyəcəyi vurğulanır.

"Report" xəbər verir ki, Eİİ ötən gün illik məruzəsini açıqlayıb. Proqnozlara əsasən, ABŞ-ın artıq 2020-ci ildə gündəlik neft hasilatının 11,58 mln. barelə çatacağı və bununla da Rusiyanı (10,15 mln. barel/gün) qabaqlayacağı proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, hazırda ABŞ, Rusiya və Səudiyyə Ərəbistanından sonra xam neft istehsalına görə dünyada üçüncüsüdür.

ABŞ-da gündəlik neft hasilatı 2014-cü ildə 1,2 mln. barel artaraq 8,7 mln. barel təşkil edib. Bu, 1900-cu ildən etibarən rekord artım göstəricisidir. Səudiyyə Ərəbistanında eyni dövrdə hasilat 9,7 mln. barel/gün, Rusiyada 10 mln. barel/gün olub.

Son xəbərlər

Orphus sistemi