Proqnoz: Neftə tələbat yaxın 20 ildə 7% azalacaq

Proqnoz: Neftə tələbat yaxın 20 ildə 7% azalacaq Neftə tələbin maksimal həddi isə 2023-cü ildə gözlənilir
Energetika
24 Oktyabr , 2016 15:07
Proqnoz: Neftə tələbat yaxın 20 ildə 7% azalacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Qlobal bazarda neftə məcmu tələb 2035-ci ildə 87 mln. barel/gün təşkil edərək cari tələbdən 7% az olacaq. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "VYGON Consulting" şirkətinin hazırladığı proqnoz hesabatın baza variantında qeyd olunub. Hesabatda həmçinin bildirilir ki, məcmu neft tələbinin 2023-cü ildə cari səviyyədən 3,3% artımla gündəlik 97 mln. barelə çatması gözlənilir.

"VYGON Consulting"ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib. Bununla yanaşı, OECD ölkələrində 2035-ci ilə qədər neft tələbinin 27% azalması, inkişaf etməkdə olan ölkələrdə isə 11% artması proqnozlaşdırılır.

Şirkətin baza proqnoz variantına əsasən, avtomobil nəqliyyatı yanacağı 2035-ci ilə kimi 2015-ci ildəki gündəlik 43,2 mln. bareldən 3,3 mln. barel/gün və ya 7,6% azalaraq 39,9 mln. barel/günə enəcək. Benzin istehlakı cari məcmu tələbin 39%-ni təşkil edirdisə, 2035-ci ilə bu göstərici 24%-ə, dizel yanacağının payı isə 31% (sabit) səviyyəsində olacaq. 

Analitiklərin fikrincə, neft, bərpa olunan enerji növlərinin inkişafından asılı olmayaraq əsas enerji mənbəyi olmağa davam edəcək: "Bununla yanaşı, neftə tələbin kəskin azalması mümkündür. Neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymələrini kəskin azalda bilər".

Son xəbərlər

Orphus sistemi