Yuxarı
    Bağlamaq

    Proqnoz: Dolların möhkəmlənməsi nefti bir qədər ucuzlaşdıra bilər

    Report: Lakin qiymətlərin OPEC-in Vyana sammitinə qədər 50 dollar/bareldən aşağı düşməsi gözlənilmir

    Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-da neft ehtiyatlarının həcmi oktyabrın 13-19-da 5,2 mln. barel və ya 1,1% azalaraq 468,7 mln. barelə enib. 

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, analitiklər isə neft ehtiyatlarının 2,7 mln. barel artacağını proqnozlaşdırırdılar.

    Buna baxmayaraq, hesabat həftəsində benzin ehtiyatları proqnozlaşdırılan 1,319 mln. barel azalma əvəzində 2,47 mln. barel və ya 1,2% artıb. Neft hasilatı isə 14 min barel/gün və ya 0,17% artaraq 8,464 mln. barel/gün təşkil edib.

    "Tyche Capital Advisors" investisiya şirkətinin neft treyderi Tarik Zahir hesabata münasibət bildirərək qeyd edib ki, əsas göstəricilər müsbət olsa da, hesabatın mütləq şəkildə müsbət açıqlandığını demək olmaz.

    Hesabatın açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 52-53 dollar/barel diapazonunda dalğalanıb. Hazırda "Brent"in qiyməti 52,4 dollar/ barel təşkil edir. 

    "Report"un analitik qrupu neft qiymətlərinin dolların qlobal valyuta bazarında möhkəmlənməsi səbəbindən bir qədər azalacağını və 50 dollar/barelə qədər enəcəyini ehtimal edir. Lakin neft qiymətlərinin noyabrın 8-də Vyanada keçiriləcək OPEC sammitinə qədər 50 dollar/bareldən aşağı düşməsi gözlənilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi