Prezident: "Neft-qazın ÜDM-də payını əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq"

Prezident: "Neft-qazın ÜDM-də payını əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq" “Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, A
Energetika
115
18 Dekabr , 2021 16:16
Prezident: Neft-qazın ÜDM-də payını əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq
İlham Əliyev

“Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

“Lakin bizim ixracımıza gəldikdə, əlbəttə ki, ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazı nə qədər çox ixrac etsək, - çünki qazın həcminin artması açıq-aşkardır, - qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi