Prezident İlham Əliyev Davosda BƏƏ-nin “VPS Healthcare” şirkətinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Davosda BƏƏ-nin “VPS Healthcare” şirkətinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edilib
Energetika
17 Yanvar , 2017 22:29
Prezident İlham Əliyev Davosda BƏƏ-nin “VPS Healthcare” şirkətinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin icraçı direktoru Şamşir Vayalil ilə görüşü olub.

"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulanıb, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi