Yuxarı

İlham Əliyevin Robert Dadli ilə görüşündə BP-SOCAR əməkdaşlığının uğurlu inkişaf etdiyi qeyd olunub

İlham Əliyevin Robert Dadli ilə görüşündə BP-SOCAR əməkdaşlığının uğurlu inkişaf etdiyi qeyd olunub
Görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlanıb. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub. 

Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi