Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır"

    Bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq

    Bakı. 13 fevral. REPORT.AZ/ "Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır".

    "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

    Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan, “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq.

    “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırıb. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğulayıb.

    “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirib ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi