Prezident İlham Əliyev: "Azərbaycanda qazlaşdırma 93 faizə çatıb"

Prezident İlham Əliyev: "Azərbaycanda qazlaşdırma 93 faizə çatıb" "Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib"
Energetika
29 Yanvar , 2018 18:36
Prezident İlham Əliyev: Azərbaycanda qazlaşdırma 93 faizə çatıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb". 

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

"2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə, demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə, ümumiyyətlə, yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək və bu il görüləcək işlər haqqında bir qədər sonra danışacağıq", - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi