Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışıb

Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışıb Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə bugünkü səfəri zamanı dağıdılmış kəndlərdən və "Azərişıq" ASC-nin yeni çəkdiyi işıq xəttindən danışıb. “Report” xəbər verir ki, Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlıya getdikləri zaman yolların
Energetika
23 Dekabr , 2020 23:19
Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışıb

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə bugünkü səfəri zamanı dağıdılmış kəndlərdən və "Azərişıq" ASC-nin yeni çəkdiyi işıq xəttindən danışıb.

“Report” xəbər verir ki, dövlət başçısı Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlıya getdikləri zaman yolların kənarında səliqə ilə basdırılmış elektrik dirəkləri və çəkilmiş xəttlər haqqında müsbət fikir bölüşüb:

“Yolun sağ və sol tərəfində qoyulmuş dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddətdə qoyulmuşdur”.

Qeyd edək ki, “Azərişıq” ASC 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də işğaldan azad edilən Cəbrayıl rayonunda olan dövlət əhəmiyyətli obyektlərin daimi və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün dərhal işlərə başlayıb və artıq noyabrın 19-dan etibarən Cəbrayıl rayonu, Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi